HighKüy Ağ Şəhərdə yerləşən premium lounge və coffeehouse konseptini bir araya gətirən xüsusi məkandır. Günün sakit anlarını qəhvə ilə keçirmək, axşam isə fərqli atmosferdə istirahət etmək istəyənlər üçün yaradılıb. Məkanın sağ hissəsində yerləşən coffeeshop zonası səhər qəhvələri, rahat görüşlər və gün ərzində keyfiyyətli vaxt keçirmək üçün ideal seçimdir. Sol hissədə yerləşən lounge zonası isə xüsusi interyeri və premium atmosferi ilə qonaqlara daha dinamik təcrübə təqdim edir. HighKüy-də oyunlar, futbol yayımları, xüsusi kokteyllər və zövqlü mühit bir araya gələrək şəhərin ritmini fərqli şəkildə hiss etdirir.




